“J.A.P.” necə istifadə olunur?

Bu video Sizə “JAP – JonDo Anonim Proksisi”ni necə quraşdırmaq və istifadə etmək lazım olduğunu göstərəcək. Proqramın başlıca təyinatı Sizin onlayn kimliyinizi ziyarət etdiyiniz saytlardan, internet provayderinizdən və internet bağlantınızı izləyən hər kəsdən gizlətməkdir. JAP bunu “Mixes” (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır. Belə ki, Sizin məlumatlarınız internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər Siz JAP anonimlik xidmətini aktivləşdirmisinizsə və internetdən məlumat əldə etmək istəyirsinizsə, Sizin sorğunuz kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət “Mix Cascade” (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq bağlantınızdakı kimlik məlumatlarınızı digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır. Ən sonda isə sorğunuzun şifrəsini açaraq Sizə anonim olaraq istədiyiniz məlumatı əldə etməyə imkan verir.